Moskva - İRNA - "BRİKS" kimi tanınan inkişaf etməkdə olan iqtisadiyyatlar qrupuna üzv ölkələrin təmsilçilərinin 2024-cü ildə ilk iclası 30 yanvar çərşənbə axşamı Moskvada bu qrupun üzvü olan 10 ölkənin xarici işlər nazirlərinin müavinlərinin iştirakı ilə fəaliyyətə başladı.

İRNA müxbirinin verdiyi məlumata görə, bu görüş 2024-cü ilin əvvəlindən beş yeni üzvün qoşulmasından sonra BRİKS qrupunun ilk iclasıdır və ilk dəfə olaraq köhnə üzvlərlə (Rusiya, Çin, Braziliya, Hindistan və Cənubi Afrika) birlikdə İran İslam Respublikası, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Misir və Efiopiya nümayəndələri üç gün ərzində 2024-cü ildə BRİKS planları ilə bağlı fikir mübadiləsi aparacaqlar.