Guardian qəzetinin məlumatına görə, ABŞ hökumət işçiləri Co Baydenin İsraillə bağlı siyasətini pisləmək məqsədilə bu həftə bir günlük aclıq aksiyası keçirməyi planlaşdırır.
Dövlət işçilərinin Fələstinlə həmrəylik rəmzi olaraq qara paltar geyinərək və ya başlarına çəfiyə ataraq bu aclıq aksiyasında iştirak edəcəkləri bildirilir.