İRNA müxbirinin verdiyi məlumata görə, çərşənbə axşamı İran İslam Respublikasının BMT-dəki nümayəndəliyi bəzi KİV-lərin son iki gündə ABŞ-ın vasitəçilər tərəfindən İrana bir neçə mesaj göndərdiyi və Tehranın da xəbərdarlıq etdiyi xəbərlərinin dərc olunması ilə bağlı sualına cavab olaraq deyib: “Belə mesajlar mübadiləsi aparılmayıb. Buna baxmayaraq, İran İslam Respublikasının əsas siyasəti budur ki, hər hansı bir tərəf İran ərazisinə, onun maraqlarına və ya sərhədlərdən kənarda olan vətəndaşlarına qarşı hücum edərsə, qəti və sərt cavabla üzləşəcək.”
Bəzi xəbər mediaları iddia ediblər ki, Vaşinqton son iki gündə vasitəçilər tərəfindən Tehrana geniş müharibə ardınca olmadığı barədə mesajlar göndərib və xəbərdarlıq edib ki, müharibə genişlənərsə, Amerika hərəkətə keçəcək. Buna cavab olaraq İran da xəbərdarlıq edib ki, İran ərazisi daxilində hücum qırmızı xəttdir və müvafiq cavabla müşayiət olunacaq.