Tehran - İRNA - Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi Yəhya Sərii çərşənbə günü axşam saatlarında bu ölkə qüvvələrinin Qırmızı dənizdə işğal olunmuş Fələstinin limanlarına tərəf gedən Amerika ticarət gəmisini hədəf aldığını təsdiqləyib.

İRNA-nın Qətərin Əl-Cəzirə telekanalına istinadən verdiyi məlumata görə, Sərii əlavə edib: “Xüsusi əməliyyat keçirdik və ABŞ-a məxsus “Cole” ticarət gəmisini hədəfə aldıq.”

O əlavə edib: “Bu əməliyyat “USS Greeley”-ə hücumdan bir neçə saat sonra həyata keçirildi.”

Sərii bildirib ki, Amerika ticarət gəmisi işğal olunmuş Fələstinin limanlarına tərəf üzürdü.