İRNA-nın məlumatına görə, Cozef Borell cümə axşamı Avropa Şurasının iclası ərəfəsində Brüsseldə jurnalistlərə bildirib: “UNRWA-ya yardımın dayandırılması bütün fələstinliləri cəzalandırır və bu agentliyə alternativ yoxdur.”
O əlavə edib ki, bu qurumla bağlı aparılan araşdırmalar onun xidmətlərinə mənfi təsir göstərməməlidir, çünki “yüz minlərlə insan UNRWA tərəfindən dəstəklənir və siz maliyyə yardımlarını kəsə bilməzsiniz.”