İRNA-nın məlumatına görə, Ayətullah Seyid İbrahim Rəisi cümə axşamı Hörmüzqan vilayətinin əhalisi ilə görüşündə dünyada ərazi bütövlüyü ilə bağlı fərqli fikirlər söyləyənlərin və yazanların öz sözlərinə düzəliş etməli olduğuna diqqət çəkərək deyib: “Digər ölkələr bilməlidir ki, İslam Respublikasının bu üç ada üzərində suverenliyinə dair qəti sənədlər və əvvəlki qeydlər həmişə təsdiqlənib.”
Prezident İran İslam Respublikasının hər zaman regionda təhlükəsizliyin təminatçısı olduğuna işarə edərək bildirib: “İran İslam quruluşu və İnqilabdan sonra görülən çoxlu işlər sayəsində Hörmüzqanın əvvəlkindən fərqli bir vəziyyəti var. Hamı şəhadət verir ki, İnqilabdan əvvəlki Bəndər Abbasın vəziyyəti İnqilabdan sonrakı vəziyyətindən çox uzaqdır və bu İnqilabın bərəkəti ilə şəhərlər və kəndlər inkişaf edib.”
Publish Date: 1 fevral 2024 - 19:22
Bəndər Abbas - İRNA - Prezident üç adanın İran İslam Respublikasının ayrılmaz hissəsi olduğunu bəyan edərək deyib: “Fars körfəzi ölkələri İranın bölgədə mövcudluğunun təhlükəsizlik faktoru olduğunu, amerikalıların və əcnəbilərin möcvudluğunun isə bu bölgənin təhlükəsizliyini təhdid etdiyini bilirlər.”