İRNA-nın məlumatına görə, bu telefon danışığında İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Qəzzada baş verən hadisələrə toxunaraq, Fələstin xalqının qətliam və soyqırım edilməsində sionist rejimin hərbi cinayətlərinin dayandırılmasının vacibliyini vurğulayıb və bunu bütün regionda böhranın dayandırılması üçün fundamental addım hesab edib.
Qırmızı dənizdə gərginliyin artması ilə bağlı narahatlığını ifadə edən Cozef Borrel İran İslam Respublikasının regionda sabitliyin bərpasına yardımçı rolunu vurğulayıb.
Borrell daha sonra Avropa İttifaqının dəniz koalisiyası yaratmaq qərarına diqqət çəkərək deyib: “Bu koalisiya yalnız Avropa ticarət gəmilərini Qırmızı dənizdə mümkün hücumlardan qorumaq üçündür və heç bir ölkəyə qarşı hərbi xarakter daşımır.”