Tehran - İRNA - Suriyanın şərqindəki bəzi qeyri-rəsmi və yerli mənbələr Amerikanın Deyr əz-Zor vilayətinə genişmiqyaslı hücumları nəticəsində 10-dan çox insanın həlak olduğunu bildirib.

İRNA-nın ərəb xəbər mənbələrinə istinadən verdiyi məlumata görə, Suriyanın yerli mənbələri ABŞ-ın Suriyanın şərqindəki bölgələri hədəf aldığını bildirib.

Suriya İnsan Haqları Müşahidə Qrupunun məlumatına görə, Suriyanın şərqindəki Əl-Bu Kamal və Əl-Mayadin şəhərləri hədəfə alınıb.

İraqın “Əl-Əhd” telekanalı da Suriyadakı müxbirinə istinadən bildirib ki, ABŞ-ın Deyr əz-Zor əyalətinə təcavüzü nəticəsində indiyədək Suriya ordusunun üç əsgəri həlak olub.