Tehran - İRNA - İraq Prezident Aparatı yaydığı bəyanatında ABŞ-ın bu səhər ölkə ərazisinə təcavüzkar hücumlarını onun suverenliyinin pozulması kimi qiymətləndirib.

İRNA-nın şənbə günü “Əl-Cəzirə” telekanalına istinadən verdiyi məlumata görə, İraq Prezident Aparatının bəyanatında vurğulanır: “Amerikanın Ənbar əyalətindəki Əl-Qaim şəhəri və bu ölkənin qərbindəki sərhəd bölgələrinə təcavüzü İraqın suverenliyinin açıq şəkildə pozulmasıdır.”

Bəyanatda əlavə olunur: “Ümumiyyətlə, bu hücumların məqsədi gərginliyi artırmaq, regionun təhlükəsizlik və sabitliyini təhdid etməkdir.”