Tehran - İRNA - Daxili İşlər naziri ABŞ-ın İraqdakı hərbi əməliyyatını pisləyərək deyib: “Amerika başa düşməlidir ki, başqa ölkələrin işlərinə qarışmaq olmaz.”

Əhməd Vəhidi İraqın Daxili İşlər nazirinin müşaviri və Tehrana səfər etmiş nümayəndə heyəti ilə görüşündə deyib: “İraq nümayəndəsi Təhlükəsizlik Şurasında yaxşı mövqe göstərdi. Amerika başa düşməlidir ki, başqa ölkələrin işlərinə müdaxilə edə bilməz, Suriya və Yəməni bombalayıb, eyni zamanda sionist rejimi dəstəkləyə bilməz.”

Ə. Vəhidi əlavə edib: “Fələstini dəstəklədiyi üçün İraq hökumətinə və xalqına təşəkkür edirik. Tarixin kritik bir mərhələsindəyik və dünya İslam ümmətinin mövqelərini eşitməlidir.”

İraqın Daxili İşlər nazirinin təhlükəsizlik məsələləri üzrə müşaviri Səd Məan İbrahim də bu görüşdə deyib: “Sizinlə görüşmək və  İraqın Daxili İşlər nazirinin salamını sizə çatdırmaq mənim üçün iftixardır.”