Əhvaz - İRNA - Elm, Tədqiqat və Texnologiya Nazirliyinin Texnologiya və İnnovasiya Məsələlərinə Dəstək Ofisinin baş direktoru İranın elm istehsalı sahəsində dünyada 15-ci yerdə olduğunu bəyan edərək deyib: “Ölkənin texnoloji sahəsinin fəaliyyəti daha çox bu sektorun inkişafına yönəlib, rəqabət və qazanc üçün bazar qabiliyyəti nəzərə alınmır.”

Əlirza Zarasundi çərşənbə günü Xuzistan Sənaye, Mədən və Ticarət Baş İdarəsində keçirilən Materiallar, Metallurgiya və Mədənçıxarma üzrə 3-cü beynəlxalq və 7-ci milli konfransda deyib: “İran innovasiya indeksinə görə dünyada 53-cü yerdədir, lakin ölkənin imkanlarına diqqət etməklə, daha yüksək yerdə dayanmalıdır.”

“Statistika göstərir ki, İran innovasiya və texnologiya sahəsində artan tendensiya ilə irəliləməkdədir” - deyə, o, bildirib.

Zarasundinin sözlərinə görə, ölkədə əyalət, universitet, institusional parklar və 113.000 işçisi olan beynəlxalq parkları əhatə edən 54 elm və texnologiya parkı var.