Tehran - İRNA - İraqın Kətaib Hizbullah Hərəkatının Baş katibi cümə axşamı səhər saatlarında bu islami müqavimət qrupunun komandirlərindən birinin şəhid olması ilə bağlı başsağlığı verib.

Kətaib Hizbullah Müqavimət Hərəkatının Baş katibi Əbu Hüseyn əl-Həmidavi Amerikanın terror hücumunda Əbu Baqir əl-Saidinin şəhid olması münasibətilə İslam ümmətini və İraq xalqını təbrik edib və eyni münasibətlə başsağlığı verib.

“Əl-Məyadin” telekanalının bildirdiyinə görə, Əl-Həmidavi bu şəhidin ailəsinə və silahdaşlarına başsağlığı verib və Allahdan cihad yolunda böyük səbr və mətanət diləyib.