Yəmənin yerli mənbələri ABŞ və İngiltərənin Yəmənin qərbinə yenidən hücum etdiyini xəbər verərək ölkənin qərbindəki Hudeydanın "Əs-Salif" qəsəbəsində Rəs İsa bölgəsinin üç dəfə hədəfə alındığını bildiriblər.
Yəmən mənbələri ABŞ və İngiltərənin Yəmənin Baqam şəhərindəki Əl-Qətinat bölgəsinə hücumu haqda da xəbər veriblər.