Tehran - İRNA - Sionist rejimə aid medialardan biri bu rejim ordusunun indiyədək Qəzzadan 350-dən çox fələstinli şəhidin cəsədini oğurladığını xəbər verib.

Bundan əvvəl Fələstin mənbələri, o cümlədən HƏMAS hökuməti dəfələrlə Qəzza şəhidlərinin cəsədlərinin israilli əsgərlər tərəfindən qəbiristanlıqlardan və küçələrdən oğurlanması bildiriblər. İndi İsrailin “Richet Beyt” radiosu 350-dən çox cəsədin oğurlandığını etiraf edir.

Bu ibrani dilli radionun məlumatına görə, Qəzza müharibəsi başlayandan bəri oğurlanmış cəsədlər yarılmaq üçün Təl-Əvivdəki "Əbu Kəbir" məhkəmə tibb mərkəzinə aparılır. İsrail ordusu daha əvvəl cəsəd oğurluğunu etiraf etmiş və bu addımın Qəzzada öldürülən israilli əsirlərin cəsədlərini tapmaq üçün atıldığını iddia etmişdi.