Beyruta səfər etmiş ölkəmizin Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan Livan Hizbullah Hərəkatının Baş katibi Seyid Həsən Nəsrullah ilə görüşüb.
Görüşdə regionda baş verən son hadisələr, xüsusilə Qəzza, Fələstin və Livanın cənub bölgəsinin son vəziyyəti müzakirə edilib və fikir mübadiləsi aparılıb.
Hizbullah Hərəkatının Baş katibi Fələstinin məzlum və qüdrətli xalqına verdiyi dəstəyi görə İmam Xamenei, İran Prezidenti, hökuməti və xalqına təşəkkür edib, müqavimətin vəziyyəti, yüksək gücü, Fələstin və Qəzzaya dəstək verən müqavimət qruplarının birliyi və koordinasiyası ilə bağlı məlumat verərək deyib: “Sionist düşmən strateji böhran və çıxılmaz vəziyyət içindədir və meydanda qarşısına qoyduğu məqsədlərin heç birinə nail olmayıb.”
Seyid Həsən Nəsrullah müqaviməti regional balanslarda mühüm amil adlandıraraq vurğulayıb: “Fələstin xalqının və müqavimətinin qələbəsi qətidir.”
Livan Hizbullah Hərəkatının Baş katibi Ali Məqamlı Rəhbərin Qəzza və İordan çayının qərb sahilində davam edən hadisələrdə müdrik, aydın və iqtidarlı mövqelərini dünya liderləri arasında unikal hesab edib.