Böyük Tehran - İRNA - Şanlı İslam İnqilabı Qələbəsinin 45-ci ildönümü axşamı Tehran şəhərində “Allahu Əkbər” sədaları ucalıb.

Şənbə günü axşam saat 21:00-dan etibarən əvvəlki illərdə olduğu kimi İslam İnqilabı Qələbəsi axşamı Allahu Əkbər sədaları paytaxtın hər yerinə yayılıb.

İnqilabın Qələbəsi axşamı paytaxt sakinləri Tehranın əsas meydan və küçələrində, eləcə də evlərin damında Allahu Əkbər şüarları səsləndiriblər.

Tehran əhalisi eyni vaxtda Allahu Əkbər səslənməklə həmrəylik və birlik nümayiş etdirib.

Həmçinin bu axşam saat 20:00-dan etibarən Tehranın Azadi Qülləsində 3D işıqlandırma (videomapping) icra edilib, bu qüllədə İran İslam Respublikasının üçrəngli müqəddəs bayrağı əks olunub.