Tehran - İRNA - Hindistanın xarici işlər naziri, Pakistan və Türkiyənin xarici işlər nazirlikləri bu gün, 22 Bəhmən, İran İslam İnqilabı Qələbəsinin ildönümü ilə eyni vaxtda bu möhtəşəm Qələbəni təbrik ediblər.

Hindistanın xarici işlər naziri Subramanyam Cayşankar bu gün X sosial şəbəkəsində İslam İnqilabı Qələbəsinin ildönümünü münasibətilə İran xalqı, hökuməti və iranlı həmkarını təbrik edərək yazıb: “Əminəm ki, uzunmüddətli əməkdaşlığımız və yaxın dostluğumuz bundan sonra da inkişaf edəcəkdir.”

Pakistan Xarici İşlər Nazirliyi də həmin sosial şəbəkədə yazıb: “İran İslam Respublikasının Milli Günü münasibətilə bu ölkənin xalqına və hökumətinə ən səmimi təbriklərimizi çatdırırıq.”