Fələstin İslami Cihad Hərəkatı Siyasi Bürosunun üzvü Ehsan Ataya “Əl-Məyadin” telekanalına müsahibəsində deyib: “Rəfaha qurudan hücum ediləcəyi təqdirdə müqavimət qüvvələrinin sionist düşməni ağır itki və tələfata məruz qoymaq gücünə əminik.”
Bununla bağlı HƏMAS-ın Livandakı nümayəndəsi Əhməd Əbdül-Hadi bildirib: “İşğalçı rejimin baş naziri Benyamin Netanyahunun Rəfahda qurudan hücumla hədələmələri müqaviməti danışıqlarda öz şərtlərindən əl çəkməyə məcbur etmək məqsədi daşıyır.”
Əbdül-Hadi vurğulayıb: “Rəfaha hücum regionda Amerikanın istəmədiyi reaksiyalara səbəb olacaq.”
HƏMAS-ın Livandakı nümayəndəsi əlavə edib: “Netanyahu qumar oynayır. Çünki onun yeganə şansı Amerikanı istəmədiyi müharibəyə cəlb etməkdir.