Tehran - İRNA - İran İslam Respublikasının Xarici İşlər naziri Hüseyn Əmir Abdullahiyan sosial şəbəkədəki şəxsi səhifəsində yazıb: “İşğalçı İsrail rejiminin Rəfahdakı fələstinli qaçqınlara qarşı müharibə cinayətləri və soyqırımlarının əhatə dairəsinin genişləndirilməsi Təl-Əviv üçün ağır nəticələrə səbəb olacaq.”

12 fevral bazar ertəsi səhər saatlarında İsrail qırıcıları Rəfah şəhərinin mərkəzində Fələstin Qızıl Aypara Cəmiyyətinin qərargahı yaxınlığındakı yaşayış evlərini hədəfə alıb və indiyədək 100-dən çox fələstinli şəhid olub, 230-dan çox insan isə yaralanıb.

Xəbər mənbələri bu hücumda şəhid və yaralananların sayının hələ də artmaqda olduğunu bildiriblər.