Ermənistan Müdafiə Nazirliyi sərhəd xəttində atəşkəsin pozulması ilə bağlı rəsmi Bakının iddiasını araşdıracağını açıqlayıb.

Azərbaycan Müdafiə Nazirliyinin bazar ertəsi günortadan sonra Ermənistan tərəfindən atəşkəs rejiminin pozulması ilə bağlı iddiasının ardınca, Ermənistan Müdafiə Nazirliyi bəyanat yayaraq bildirib: “Sərhədin Qafan-Zənglan hissəsinin Ermənistan sərhədçiləri tərəfindən atəşə tutulması ilə bağlı Azərbaycan Respublikasının kütləvi informasiya vasitələrində dərc olunan məlumat araşdırılır.”

Ermənistan Müdafiə Nazirliyi əlavə edib: “İlkin araşdırmalar göstərir ki, bu ərazidə belə bir vəziyyət yaranmayıb və bu məsələ öz təsdiqini taparsa, əmri pozanlar məsuliyyətə cəlb olunacaqlar.”

“Russia Today”-ın verdiyi xəbərə görə, Ermənistan Müdafiə Nazirliyi çərşənbə axşamı bildirib ki, Azərbaycan Respublikası Ordusunun qüvvələri sərhədyanı ərazilərdə Ermənistan qüvvələrini atəşə tutub və bu hadisədə 2 erməni əsgəri həlak olub, bir neçəsi yaralanıb.