Tehran - İRNA - Çinin Xarici İşlər Nazirliyi sionist rejimin Rəfah bölgəsinə təcavüzü ilə bağlı beynəlxalq narahatlıqlara uyğun olaraq, İsrail rejiminin bütün hərbi əməliyyatlarının dərhal dayandırılmasını tələb edib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü çərşənbə axşamı İsrail rejiminin Qəzzanın cənubundakı sözügedən əraziyə irimiqyaslı hava hücumları ilə bağlı deyib: Rəsmi Pekin İsraildən günahsız mülki şəxslərin tələfatının qarşısını almaq üçün əlindən gələni etməsini istəyir.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü həmçinin bildirib: Biz hadisələri diqqətlə izləyirik və mülki şəxslərə və beynəlxalq qanunlara qarşı olan hərəkətlərə qarşıyıq və onları pisləyirik.