Tehran - İRNA - Ermənistan Baş nazirinin müavini bu gün (çərşənbə günü) 15 ermənistanlı rəsmi və yüksək vəzifəlilərdən ibarət nümayəndə heyətinin müşayəti ilə İrana gəlir. Ermənistan Baş nazirinin müavini Mehr Qriqoryan İran və Ermənistanın İqtisadi Əməkdaşlıqlar Birgə Komissiyasının 18-ci iclasında iştirak etmək üçün bu gün (çərşənbə), 14 fevralda Tehrana səfər edəcək.

Bu iki günlük səfərdə əməkdaşlığın genişləndirilməsi ilə bağlı məsələlər müzakirə olunacaq.

Səfər çərçivəsində Ermənistan Baş nazirinin müavini ikitərəfli əməkdaşlığı genişləndirmək məqsədilə Prezidentin köməkçisi və ölkənin Proqram və Büdcə Təşkilatının rəhbəri Davud Mənzur, həmçinin Xarici İşlər Nazirliyi, Yol və Şəhərsalma Nazirliyi, Energetika Nazirliyi, Səhiyyə, Müalicə və Tibbi Təhsil Nazirliyi, Ətraf Mühitin Mühafizəsi Təşkilatı, İran İslam Respublikası Gömrük Təşkilatı, İran Ticarət İnkişafı Təşkilatı, İran Milli Qaz Şirkətinin müavinləri, İran İxrac İnkişaf Bankının nümayəndələri ilə görüşəcək.