Pompeo, bir neçə yüz israillinin öldürülməsinə və onların ailələrinin yas saxlamasına işarə edib, bu müharibə zamanı 30.000-ə yaxın fələstinlinin qətliam edilməsinə toxunmadan deyib: “Bu məsələ İsrail və Ukrayna da daxil olmaqla, suverenliklərini qorumaq üçün mübarizə aparan ölkələrə yardımın göstərilməsinin vacibliyini göstərir.”
Amerikanın hərbi və siyasi dəstəyi ilə sionist rejim ordusunun Qəzza zolağına qarşı müharibəsindən 4 ay keçdiyi bir vaxtda Netanyahu Qəzzanın ən cənub nöqtəsindəki Rafah qaçqın bölgəsinə hücum əmri verib və indiyədək onun ərazilərini bir neçə dəfə bombalayıb.
Pompeo müsahibəsinin davamında deyib: “ABŞ İsrail və Ukraynaya kömək etməlidir. Bu yardımlar təkcə bu ölkələr üçün deyil, həm də ABŞ-ın təhlükəsizlik maraqları üçün vacibdir.”