Tehran - İRNA - Bu gün (çərşənbə) media mənbələri Türkiyə Prezidentinin təxminən 12 ildən sonra Qahirəyə gəldiyini açıqlayıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün günorta saatlarında Qahirəyə rəsmi səfərə gəlib.

Bu xəbərə görə, Ərdoğan sonuncu dəfə Misirə 2012-ci ildə səfər edib.

Türkiyə Prezidentinin bu səfər zamanı Misirin yüksək vəzifəli şəxsləri ilə görüşməsi və müzakirə aparması nəzərdə tutulub.

İRNA-nın məlumatına görə, təxminən 12 illik əlaqə kəsildikdən sonra Qahirə və Ankara fikir ayrılıqlarını aradan qaldırmaq və fikirlərini bir-birinə yaxınlaşdırmaqla bu mərhələni aşmağa və münasibətlərini normallaşdırmağa çalışırlar.