Tehran - İRNA - Cənubi Afrikanın Xarici İşlər naziri Naledi Pandor çərşənbə günü axşam saatlarında xəbərdarlıq edib ki, Beynəlxalq Ədalət Məhkəməsinin (Haaqa) qərarı İsraili dayandırmayıb və bu rejim Rəfahda müharibəyə davam edir.

Pandor Qətərin “Əl-Cəzirə” telekanalına deyib: “Qəzzada müharibənin dayandırılması qərarı İsraili maliyyə və silahla təmin edən ölkələrin əlindədir.”

O vurğulayıb: “Bizi narahat edən məsələ İsrailə Haaqa Məhkəməsinin hökmünə məhəl qoymamağa və mülki şəxslərin müdafiəsinə əhəmiyyət verməməyə icazə verilməsidir.”

Cənubi Afrikanın Xarici İşlər naziri bildirib: “İsrailin davranışı Fələstin soyqırımı ilə bağlı Təl-Əvivə qarşı Beynəlxalq Ədalət Məhkəməsinə verdiyimiz şikayəti sübut edir.”

O, müsahibəsinin sonunda deyib: “Biz jurnalistlərə və mediaya, xüsusən də Əl-Cəzirə müxbirlərinə qarşı hücumu pisləyirik və bu cinayət əməlidir.”