Tehran - İRNA - SEPAH Aerokosmik Qüvvələrinin komandanı deyib: “Bu gün biz üzən hərəkətli obyektləri hədəfə ala və ya qabaqcıl görünməz pilotsuz təyyarələrdən istifadə edərək istənilən nöqtədə kəşfiyyat əməliyyatları həyata keçirə bilərik.”

Ölkənin Hesablama Məhkəməsinin bir qrup əməkdaşı İmam Hüseyn (ə), həzrət Əbəlfəz (ə) və İmam Səccadın (ə) mövlud günləri ilə eyni zamanda İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Aerokosmik Qüvvələrinin təşkil etdiyi sərgidə iştirak edərək bu qüvvələrin nailiyyətləri ilə tanış olub.

İslam İnqilabı Keşikçiləri Korpusunun Aerokosmik Qüvvələrinin komandanı, general-mayor Əmir Əli Hacızadə bu mərasimdə Hesablama Məhkəməsinin əməkdaşlarını salamlayaraq, onları Şaban ayı ilə bağlı bayramlar münasibətilə təbrik edib və ölkənin müdafiə qüdrətinin tətbiq olunan müharibə dövrü ilə müqayisədə təsəvvürün fövqündə olduğunu bəyan edərək deyib: “Bir zamanlar, bizim topumuz BƏƏS rejimi ilə müharibədə yalnız 27 km radiusa qədər hədəf alırdı. Bu gün isə o yerə gəlib çatmışıq ki, Amerikanın bölgədəki terrorçu ordusu açıq şəkildə etiraf edir ki, İslam Respublikası ilə münaqişə axtarışında deyil. Çünki özünün İranın müdafiə gücünə müqavimət göstərmək iqtidarında olmadığını bilir.

Bu gün biz üzən hərəkətli obyektləri hədəfə ala və ya qabaqcıl görünməz pilotsuz təyyarələrdən istifadə edərək istənilən nöqtədə kəşfiyyat əməliyyatları həyata keçirə bilərik.”