Sari - İRNA - Əmirabad Limanları və Gəmiçiliyinin Baş direktoru deyib: “Mal mübadiləsini gücləndirmək üçün İranın Əmirabad və Türkmənistanın Türkmənbaşı limanları arasında müntəzəm gəmiçilik xəttini işə salmağa tam hazırıq.”

Cümə axşamı Mazandaranın şərqində yerləşən Əmirabad limanında Türkmənistandan olan işgüzar nümayəndə heyətini qəbul edən Əmirabad Limanları və Gəmiçiliyinin Baş direktoru Məhəmməd Əli Musapur əlavə edib: “İran rəsmilərinin Yol və Şəhərsalma nazirinin iştirakı ilə Türkmənistana son səfəri və iki ölkə arasında mal mübadiləsi və tranzitin gücləndirilməsi üçün əməkdaşlıq memorandumunun imzalanmasına diqqət etməklə, müntəzəm gəmiçilik xətti yaratmağa hazırıq.”