Livan Hizbullahı bəyanat yayaraq bildirib: “İşğalçı rejimin Ər-Rahab bazasındakı casusluq təchizatını müvafiq silahlarla hədəfə aldıq və birbaşa zərbə vurduq.”
Hizbullah yaydığı digər bəyanatda bildirib: “Mücahidlərimiz “Fələq” raketi ilə Livanın işğal altındakı Şəba bölgəsində yerləşən “Zəbdin” kazarmasını hədəfə alıblar və atılan raketlər birbaşa kazarmanı vurub.”
Bununla bağlı sionist mediası da xəbər verib ki, Livandan işğal olunmuş Fələstinin şimalındakı Nurit və Təl-Ramim bölgələrinə anti-zireh raketlər atılıb.
Hizbullah üçüncü bəyanatında sionist rejimin Əl-Mərc bazasında casusluq texnikasının birbaşa və dəqiq hədəfə alındığını açıqlayıb.