Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi general-mayor Yəhya Sərii deyib: “Ölkəmizin Hərbi Dəniz Qüvvələri Qırmızı dənizdə həyata keçirdiyi hərbi əməliyyatda İngiltərəyə məxsus “LYCAVITOS” gəmisini hədəfə alıb.”
Yəhya Sərii əlavə edib: “Ordu donanması bu gəmini Ədən körfəzində uyğun dəniz raketləri ilə vurub. Allahın lütfü ilə bu hücum dəqiq və birbaşa idi.”
Silahlı Qüvvələrin sözçüsü vurğulayıb: “Qırmızı və Ərəb dənizlərində düşmən Amerika və İngiltərə hədəflərinə qarşı unikal əməliyyatlarımız Yəmənə qarşı təcavüzə cavab vermək, Yəmən və onun xalqını müdafiə etmək hüququmuz çərçivəsində qanuni olaraq davam edir.”
Publish Date: 15 fevral 2024 - 22:10
Tehran - İRNA - Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi bu gün (cümə axşamı) İngiltərəyə məxsus bir gəminin Qırmızı dənizdəki son əməliyyatda hədəf alındığını bildirib.