İRNA-nın məlumatına görə, Seyid Həsən Nəsrullah cümə günü “Sərkərdə Şəhidlər” ildönümü münasibətilə deyib: “Livanın Əl-Nəbatiyyə və Əl-Səvanə bölgəsində son təcavüz qəsdən edilmiş təcavüz idi, çünki düşmən mülki əhalinin öldürülməsinin qarşısını ala bilərdi.”
Hizbullah lideri bildirib: “Biz uzunluğu yüz kilometrdən çox olan bir cəbhədə əsl döyüşün içindəyik və bir sıra müqavimət qüvvələrinin şəhid olması döyüşün tərkib hissəsidir.”
Seyid Həsən Nəsrullah vurğulayıb: “Mülki şəxslərin hədəfə alınmasına xüsusi şəkildə həssasıq. Biz mülki şəxslərə ziyan dəyməsi məsələsinə dözə bilmərik.
Düşmənin dinc sakinləri öldürməkdə məqsədi müqavimətə təzyiq etmək və onun hərəkətlərini dayandırmaqdır. Oktyabrın 7-dən bu yana bütün təzyiqlər cənub cəbhəsini dayandırmağa yönəlib. Bu qətliamın cavabı, cəbhələrdə döyüşün davam etməsi olmalıdır.”
Hizbullah lideri qeyd edib ki, onlarla Katyuşa raketləri və bir sıra “Əl-Fələq” raketləri ilə sionistlərin Kiryat Şmona qəsəbəsinin hədəf alınması bu cinayətə ilkin cavab idi.
Seyid Həsən Nəsrullah deyib: “Düşmən Əl-Nəbatiyyə, Əl-Səvanə və digər ərazilərdə qadın və uşaqlarımızın qanını axıtmasının bədəlini ödəməlidir. Dinc əhalinin qanının bədəli bazalar olmayacaq, qan olacaq.”
O, əlavə edib: “Livan müqaviməti geniş və dəqiq raket gücünə malikdir. Bu raketlər Kiryat Şmonadan Eylat şəhərinə qədər çatır.”
Hizbullah Hərəkatının Baş katibi deyib: “Əgər ABŞ indi sionist rejimə silah və digər dəstəyi dayandırsa, Netanyahu istəsə də, istəməsə də, müharibə birbaşa dayanacaq.
Bölgədə hər damla qan tökülməsinin məsuliyyəti ABŞ hökumətinin üzərindədir, israilli vəzifəlilər isə yalnız icra vasitəsidir.”
Publish Date: 16 fevral 2024 - 19:36
Tehran - İRNA - Livan Hizbullah Hərəkatının Baş katibi vurğulayıb: “Mülki şəxslərin hədəfə alınmasına xüsusi şəkildə həssasıq. Biz mülki şəxslərə ziyan dəyməsi məsələsinə dözə bilmərik.”