Əbdülsəlam öz Telegram səhifəsində yazıb: “Yəmən Qəzzanı bütün mövcud vasitələrlə dəstəkləməyə davam edəcək, heç bir İsrail gəmisi və təyinatı işğal edilmiş Fələstin olan gəmilərin Qırmızı dəniz bölgəsinin sularında hərəkət etməsinə icazə verməyəcək.”
O əlavə edib: “Sanksiyalar Amerikanın aşkar ikiüzlülüyünün bir hissəsidir.”
Ənsarullah sözçüsü daha sonra deyib: “Əgər Amerika onun təkəbbürlü və terrorçu siyasətinin yükü altına girən rejimlərə öyrəşibsə, bilsin ki, Yəmən bu ölkələrdən olmayacaq.”
O, qeyd edib ki, Amerika Yəmənə zərər vurmaq istəyir və bu qərarlar Təl-Əvivi fələstinlilərin kütləvi qətliamının davam etməsinə təşviq etmək və dəstəkləmək məqsədi daşıyır.
Əbdülsəlam deyib: “İsraili dəstəkləyən, bizim dənizlərimizə gəlib, torpaqlarımıza təcavüz etməklə başqalarını qlobal terrora sövq edən və bu terroru dəstəkləyən Amerikadır. Onların sahillərinə, dənizlərinə gedən biz deyilik.”