Tehran - İRNA - Bu gün (şənbə) yüzlərlə müharibə əleyhdarı fəalı Münhen Təhlükəsizlik Konfransının keçirildiyi yerin qarşısına toplaşaraq bu konfransda iştirak edən liderlərin müharibə qızışdıran siyasətlərinə etiraz ediblər.

İRNA-nın “Sputnik”-ə istinadən verdiyi məlumata görə, Münhen Təhlükəsizlik Konfransının ikinci günündə yüzlərlə anti-müharibə fəalı Qərbin müharibə qızışdırıcı siyasətlərinə qarşı nümayiş keçirib.

Ukraynadakı müharibə, Yaxın Şərqdə davam edən proseslər və iqlim dəyişikliyinin təhlükəsizliklə bağlı fəsadları builki konfransda dünya liderlərinin əsas mövzularındandır.