Tehran - İRNA - Yəmən Ənsarullah Hərəkatının "X" sosial şəbəkəsində istifadəçi hesabının bloklanmasının ardınca, hərəkatın informasiya ofisinin rəhbərliyi sözügedən şəbəkənin idarəçilərinin hərəkətini ikili standartların və sionist lobbisinin təsiri altına düşməsinin nəticəsi hesab edib.

Ənsarullah Hərəkatının informasiya ofisinin rəhbərliyi vurğulayıb ki, X sosial şəbəkəsinin bu məlumat bazasının istifadəçi hesabının bağlanması kontekstində atdığı addım sözügedən sosial şəbəkənin inzibatçılarının ikili standartlarından xəbər verir.

ABŞ Maliyyə Nazirliyi cümə günü yaydığı bəyanatda Ənsarullah Hərəkatına qarşı sanksiya tətbiq edilməsini bildirib və bu ölkə rəsmilərinin iddiasına görə, sözügedən sanksiyalar ABŞ-ın “xüsusi qlobal terrorçu” sanksiyaları çərçivəsində müəyyən edilir.