Qəzza Səhiyyə Nazirliyinin sözçüsü Əşrəf əl-Qədəra “Fələstin Əl-Youm” telekanalına müsahibəsində bununla bağlı deyib: “İşğalçı rejim Xan Yunisdəki Nasir xəstəxanasında tibb qruplarını uzun saatlar həbs edib və onların bir çoxu dindirilib.”
O, həmçinin sionistlərin Nasir xəstəxanasının bu həkimlərinə və tibb əməkdaşlarına qarşı qeyri-insani rəftarını və onları lüt soyundurmasını ifşa edərək deyib: “Nasir xəstəxanasında cəmi 120 xəstə qalıb və onlardan bəzilərinin xüsusi qayğıya ehtiyacı var. İşğalçı rejim Nasir Tibb Kompleksinə girməzdən əvvəl yardım karvanını da ələ keçirib.”