HƏMAS mətbuata açıqlamasında bildirib: “Sionist rejimin baş naziri Benyamin Netanyahunun bu rejimin daxili təhlükəsizlik naziri İtamar Ben Gverin təklifi ilə işğal olunmuş ərazilərdə yaşayan fələstinlilərin Məscidül-Əqsaya girişinin məhdudlaşdırılması ilə bağlı terror razılaşması sionist cinayəti və ekstremist mühacirlərin Fələstin xalqına qarşı dini müharibəsi və ibadət azadlığının pozulmasıdır.”
HƏMAS Təl-Əvivin müqəddəs Ramazan ayında Məscidül-Əqsaya hücumlarını artırmaq istədiyini bəyan edərək deyib: “İşğal olunmuş ərazilərdə, Qüdsdə və İordan çayının qərb sahilindəki Fələstin xalqını bu cinayətkar qərara qarşı səfərbər olmağa və Məscidül-Əqsada yürüş etməyə çağırırıq.”