Tehran – İRNA – Macarıstan istisna olmaqla, Avropa İttifaqına üzv olan bütün ölkələr bazar ertəsi günü sionist rejimə Rəfaha hücumla bağlı xəbərdarlıq edib və Qəzzada dərhal müvəqqəti atəşkəsin bərpa olunmasını tələb ediblər.

Avropa İttifaqının 26 ölkəsi (sionist rejim olan) İsrailin Rəfaha mümkün hücumunu fəlakət adlandırıb və vurğulayıblar: Belə bir hücumun olacağı təqdirdə, hamısı Qəzzanın cənubundakı bu şəhərə sığınmaq məcburiyyətində qalan bir milyon 500 min fələstinli qaçqının acınacaqlı vəziyyəti daha da pis olacaq.

İrlandiyanın xarici işlər naziri Maykl Martin Avropa İttifaqına üzv 27 ölkənin xarici işlər nazirlərinin Brüsseldə keçirilən iclasından əvvəl deyib: “Rəfaha hücum tamamilə fəlakətlidir və belə bir şey etmək tamamilə qeyri-insani olacaq”.

Reuters-in məlumatına görə, bu görüş başa çatdıqdan sonra və bu görüş zamanı aparılan danışıqlara əsasən, Macarıstan istisna olmaqla, Avropa İttifaqının bütün üzvləri bəyanatda daimi atəşkəsə gətirib çıxaracaq təcili humanitar atəşkəsə, HƏMAS-ın əlində olan bütün israilli əsirlərin qeyd-şərtsiz azad edilməsinə və Qəzza xalqına humanitar yardım göstərilməsinə çağırıblar.