İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvani Təhlükəsizlik Şurasının sədrinə ünvanladığı məktubda ABŞ-ın Şuranın iclasındakı nümayəndəsinin Yəmən və Qırmızı dənizdəki vəziyyətlə bağlı yalan məlumatlar verərək, İran İslam Respublikasına qarşı əsassız ittihamlar irəli sürməklə, öz dardüşüncəli siyasi proqramını irəli sürmək üçün Təhlükəsizlik Şurasının kürsüsündən sui-istifadə edib.
İranın BMT-dəki səfiri və daimi nümayəndəsi Əmir Səid İrəvaninin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasının sədrinə məktubunda deyilir: 15 yanvar 2024-cü il (S/2024/64) tarixli yazışmalardan sonra ABŞ nümayəndəsinin ölkəmə qarşı səsləndirdiyi daha bir əsassız iddiaya yenidən cavab vermək istəyirəm.
İranın BMT-dəki səfiri vurğulayıb: İran bu əsassız ittihamları qətiyyətlə rədd edir və ABŞ-ın Yəmənə qarşı qeyri-qanuni hərəkətləri və hərbi təcavüzünə haqq qazandırmaq və onları qanuniləşdirmək üçün istifadə etdiyi bəhanə hesab edir. 15 yanvar 2024-cü il tarixli məktubda qeyd olunduğu kimi, İran Təhlükəsizlik Şurasının 2140 (2014) və 2216 (2015) saylı qətnamələrinə sadiq qalaraq, bu qətnamələrə zidd heç bir fəaliyyət, o cümlədən silah satışı etməmiş və ya təhvil verməmişdir. Bundan əlavə, İran həmişə Yəmən böhranının diplomatik metodlar vasitəsilə sülh yolu ilə həllini dəstəkləyir və dəniz təhlükəsizliyi və gəmiçilik azadlığına öhdəçiliyini vurğulayır.