Tehran - İRNA - Xəbər mənbələri bildiriblər ki, bazar ertəsi axşam saatlarında yüzlərlə sionist işğal olunmuş Qüdsdə qondarma rejimin baş naziri Benyamin Netanyahuya qarşı nümayiş keçirib.

Etirazçılar Benyamin Netanyahunun iqamətgahı qarşısına toplaşaraq əsir mübadiləsi sazişinin tezliklə imzalanmasını tələb edən şüarlar səsləndiriblər.

Bu xəbərə görə, sionist rejim polisi Netanyahunun iqamətgahı yaxınlığında etiraz aksiyasını dağıtmağa çalışıb və bu zorakılıq iki tərəf arasında qarşıdurmaya səbəb olub.