Tehran - İRNA - Yəmən Silahlı Qüvvələrinin mətbuat katibi ordu qüvvələrinin Amerikaya aid bir neçə hərbi gəmiyə, sionist rejimə aid bir gəmiyə və işğal olunmuş Fələstin torpaqlarının cənubundakı Eylatdakı “Umm ər-Rəşraş” limanındakı mövqelərə pilotsuz təyyarələrlə hücum etdiyini bildirib.

Yəhya Sərii bununla bağlı vurğulayıb: “Yəmən Silahlı Qüvvələri Qırmızı və Ərəb dənizlərində bir neçə pilotsuz təyyarə ilə Amerikanın bir neçə hərbi gəmisini hədəfə aldı.”

O, əlavə edib: “Yəmən Silahlı Qüvvələri həmçinin bir neçə dəniz raketi ilə Ədən körfəzində İsrailə aid “MSC SILVER” İsrail gəmisini hədəfə aldı.”

Y. Sərii açıqlamasının davamında deyib: “Digər əməliyyatda isə işğal altındakı Fələstinin cənubunda Umm ər-Rəşraş bölgəsində sionist düşmənin həssas mövqeləri pilotsuz təyyarələr vasitəsilə hədəfə alındı.”