“Bu veto Amerikanın İsrailə dəstəyinin və sionist rejimin Qəzzaya qarşı müharibəyə görə məsuliyyət daşımasına mane olmasının başqa bir nümunəsidir” - deyə, o, bildirib.
Mənsur Təhlükəsizlik Şurasındakı çıxışında deyib: “Bu vetonun mesajı budur ki, İsrail Qəzza əhalisinə qarşı qətliamı davam etdirə bilər.”
ABŞ bu dəfə BMT-dəki Ərəb qrupu ölkələri adından Əlcəzairin təqdim etdiyi Qəzzada dərhal atəşkəs yaratmağı təklif edən qətnaməyə, bu şura üzvlərinin 13 müsbət səsini toplamasına baxmayaraq, bir daha veto qoydu.