"Əl-Məsirə" telekanalı çərşənbə günü axşam saatlarında bildirib ki, Amerika və İngiltərə döyüş təyyarələri son saatlarda ikinci dəfə Yəmənin qərbində yerləşən Hudeydə şəhərinin şimal-qərbindəki “Əl-Ərac” bölgəsini bombalayıb.

Yəmən mənbələri bundan əvvəl də Amerika və İngiltərənin Yəməndəki əraziləri hədəf aldığını bildiriblər.

Bu telekanalın müxbirinin verdiyi məlumata görə, hücumda Hudeydə şəhərinin Əl-Cəbanə bölgəsi hədəfə alınıb.