Tehran - İRNA - Belçikalı media və siyasi fəal Mişel Kolon Qərbin, xüsusilə Qəzza müharibəsində media yalanlarının yayılmasına diqqət yetirdiyini vurğulayaraq, yalan xəbərlərə qarşı cəbhə yaradılmalı olduğunu deyib.

İRNA-nın məlumatına görə, Mişel Kolon bu gün 24-cü İran Media Sərgisində keçirilən iclasda, xüsusilə Qəzza və Ukrayna müharibəsində auditoriyaya təsir göstərmək üçün mediada yalandan istifadə üsullarına toxunub, media yalanlarına qarşı cəbhənin yaradılmasının vacibliyini vurğulayaraq deyib ki, hətta yalan xəbərlərlə mübarizə aparmaq üçün saxta xəbərlərə qarşı müharibə başlamalıdır.

Siyasi fəal Əl-Əqsa Tufanı əməliyyatından sonra bu əməliyyatı mülki şəxslərə qarşı cinayət kimi göstərmək məqsədilə fikirləri təhrif etmək üçün bir sıra üsullardan istifadə edildiyini bəyan edərək deyib: “Qərbdə 7 oktyabrın (Əl-Əqsa Tufanı əməliyyatın başlanğıcı) dinc əhaliyə qarşı cinayət olduğu deyilir və bu əməliyyatın hərbçilərə qarşı həyata keçirilməsi ilə bağlı həqiqətlər gizlədilir.”

Media fəalı əlavə edib: “İsrail ordusunda “Hannibal” adlı bir doktrina var ki, ona əsasən, əgər İsrail əsgərləri əsir düşəcəksə, İsrail qüvvələri tərəfindən öldürülsə yaxşıdır.”

Açıqlamasının digər hissəsində M. Kolon Ukrayna müharibəsində belə taktikalardan istifadə edildiyini qeyd edərək deyib ki, bu cür metodların və media yalanlarının gələcək hədəfi Çin, İran və digər ölkələr ola bilər.