Tehran - İRNA - Fələstinli media fəalı və "Əl-Əqsa" peyk telakanalının əməkdaşı Fələstin xalqının öz haqlarına nail olmaq və torpaqlarını sionist işğalından geri almaq istədiyini vurğulayaraq deyib: “Sionist rejimin ötən aylarda törətdiyi cinayətlərin miqdarı bu rejimin əsl və çirkin simasını ifşa etdi.”

Məhəmməd Hamid Tehranda keçirilən 24-cü Media Sərgisində İslam Respublikası Xəbər Agentliyinin (İRNA) müxbirinə müsahibəsində deyib: “Şübhə yoxdur ki, 7 oktyabrda strateji müqavimət döyüşü və Əl-Əqsa Tufanı, həmçinin, sionist rejimin Qəzza əhalisinə qarşı təcavüzü Fələstin məsələsini izləmək və təhlil etmək istəyənlərin üzünə qapılar açdı.”

Fələstinli jurnalist əlavə edib: “Ərəb və İslam mediaları Əl-Əqsa Tufanı əməliyyatının lap əvvəlindən onu izlədi. Hadisələrin izlənilməsi onlardan bu sahədə fəallıq tələb edirdi, çünki bu hadisə böyük və strateji idi və çoxlu nəticələri olacaq. Onun işıqlandırılmasının birinci və ikinci səviyyəsi sionist işğalçı rejimin Qəzza xalqına qarşı törətdiyi cinayətlərin miqdarı ilə bağlı olmuşdur.

M. Hamid vurğulayıb: “Oktyabrın 7-də baş verənlər işğalçıların Fələstin məsələsini unutdurmaq və məhv etmək planlarının icrasını dayandırmaq məqsədi ilə Əl-Əqsa Tufanı əməliyyatının formalaşmasının səbəblərini yenidən xatırlatdı. Bu əməliyyat həm də Fələstin xalqının öz hüquqlarına nail olmaq və işğaldan xilas olmaq istədiyini xatırlatmaq məqsədi ilə həyata keçirildi.”