Tehran - İRNA - Livan İslam müqavimətinin sionistlərin “Əsba əl-Cəlil” və “Kariat Şamuna” hərbi bazasına yeni PUA və raket hücumları sionist rejimi ağır itkilərə məruz qoyub.

Sionist rejimin mediaları Hizbullah Hərəkatının işğal altındakı Fələstinin şimalına yeni raket hücumu barədə məlumat yayıb.

Livanla sərhəddə yerləşən Əsba əl-Cəlil bölgəsində sionist rejimin “Kəfar Yuval” qəsəbəsi Livan İslam müqavimətinin raket hücumu ilə hədəfə alınıb və bu rejimə böyük ziyan vurub.

Sionist rejim mediaları həmçinin Livan İslam müqavimətinin işğal altındakı Fələstinin şimalında Kiryat Şamuna hərbi bazasına pilotsuz təyyarə ilə hücumu barədə xəbər veriblər.

Sionist KİV-lər bildiriblər: “İdarə olunan raket və ya pilotsuz təyyarə İsrailin Kiryat Şamunadakı hərbi bazasını hədəf alıb.”

Eyni zamanda sionist rejimin artilleriyası Əl-Mutla qəsəbəsinə bitişik Əl-Həmmas yüksəkliyini atəşə tutub.