Tehran - İRNA - Cümə axşamı sionist rejimin Qəzza zolağının mərkəzində yaşayış binalarına hücumları nəticəsində 18 nəfər şəhid olub.

Bu hücumlarda Qəzza zolağının mərkəzindəki “Deyr əl-Bələh”də üç yaşayış evi sionistlərin hədəfinə çevrilib və şəhidlərdən əlavə, onlarla insan da yaralanıb.

Hücumun ağır olması və çoxlu sayda yaralının dağıntılar altında qalması səbəbindən şəhidlərin sayının artma ehtimalı çox yüksəkdir.

Qəzzanın Səhiyyə Nazirliyi sionist rejimin Qəzzaya hücumlarında şəhid və yaralananların yeni statistikasını açıqlayaraq bildirib: “İşğalçılar son 24 saat ərzində Qəzza sakinlərinə qarşı 9 qətliam törədiblər, nəticədə 97 nəfər şəhid olub, 132 nəfər yaralanıb.”

Qəzza Səhiyyə Nazirliyi qeyd edib ki, hələ dağıntılar altında və ya yollarda çoxlu cəsədlər qalmışdır və işğalçılar xilasetmə qruplarının onları götürməsinə mane olurlar.