Tehran - İRNA - Bu gün (cümə) səhər saatlarında Fələstin media mənbələri sionist rejimin İordan çayının qərb sahilinin müxtəlif bölgələrinə hücumu və 2 fələstinli yeniyetmənin "Cenin" şəhərində onların açdığı atəş nəticəsində şəhid olduğunu xəbər veriblər.

Bu gün sionist rejim hərbçiləri İordan çayının qərb sahilində bir neçə kənd və qəsəbəyə hücum edib və fələstinli mübarizlərlə toqquşub. 

Bu xəbərə əsasən, sionistlər Cenin şəhərində bir avtomobili hədəfə alıblar, nəticədə 17 yaşlı Səid Raed Cəradat və Yasir Mustafa Hanun şəhid olublar.