Günbədkavus - İRNA - Gülistan Gömrük İdarəsinin Baş direktoru cari ilin əvvəlindən bu əyalətin gömrük məntəqələrindən təxminən 287 milyon 697 min dollar dəyərində 489 min 268 ton qeyri-neft məhsulunun 29 Asiya və Avropa ölkəsinə ixrac edildiyini bildirərək deyib: “Bu ixrac həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə çəki baxımından 46%, dollarla ifadədə isə 39% təşkil edir.”

Şəhriyar Şəhriyari əlavə edib: “Polistirol, pendir, yumurta, müxtəlif növ profil və dəmir borular, xurma, püstə, yod, hazır balıq yemi və lövhə vərəqləri qeyd olunan dövr üzrə Gülistanın əsas ixrac mallarındandır.”

Gülistan Gömrük İdarəsinin Baş direktoru Gülistanın qeyri-neft məhsullarının son 11 ayda 29 ölkəyə ixrac edildiyini bəyan edərək deyib: “Bu əyalətin ən böyük ixrac həcmi 83 milyon 415 min dollardan çox olmaqla, 29% bərabərində Türkmənistana olub. Sonrakı yerlərdə isə Qazaxıstan, İraq, Pakistan, Özbəkistan, Bolqarıstan, Rumıniya, Ermənistan, Rusiya, Əfqanıstan, Qırğızıstan, Türkiyə, Polşa, Tacikistan, Gürcüstan, Hindistan, BƏƏ, Azərbaycan, Qətər, Yunanıstan, Kipr, Bəhreyn, Oman, Küveyt, Belarus, Serbiya, Suriya, İtaliya və Fransa dayanır.”