Qəzzanın Səhiyyə Nazirliyi müharibənin 140-cı günü bildirib ki, sionist rejim son 24 saat ərzində Qəzza zolağının müxtəlif bölgələrində 10 yeni cinayət törədib və nəticədə 104 nəfər şəhid olub, 160 nəfər isə yaralanıb.
Bəyanatda deyilir: “Oktyabrın 7-dən bu yana sionist rejimin Qəzza zolağına qarşı təcavüzü nəticəsində yeni şəhidlər də daxil olmaqla, şəhidlərin sayı 29 min 514 nəfərə çatıb.”
Qəzza Səhiyyə Nazirliyi bu cinayətlərdə yaralananların son sayının 69 min 616 nəfər olduğunu qeyd edib.