Tehran - İRNA - Fransanın Müdafiə Naziri ölkəsinin Ermənistana orta və uzaq mənzilli raketlər ixrac etməyə hazır olduğunu açıqlayıb.

Fransanın Müdafiə Naziri Sebastyan Lekornu dünən axşam (23 fevral) ermənistanlı həmkarı Suren Papikyanla danışıqlardan sonra İrəvanda keçirdiyi mətbuat konfransında deyib: “Fransa lazım gələrsə Ermənistana müxtəlif mənzilli raketlər göndərməyə hazırdır.”

O, bildirib ki, heç kim Ermənistanı hərbi potensialını inkişaf etdirdiyinə görə tənqid edə bilməz.

Lekornu qeyd edib ki, silah alqı-satqısı müqavilələri Papikyanın Parisə səfəri zamanı imzalanıb və bunun əsasında Ermənistana hava hücumundan müdafiə sistemləri də ixrac olunur.