Tehran - İRNA - Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) yüksək səviyyəli rəhbərlərindən biri sionist rejimin Qəzza zolağına qarşı müharibəni müvəqqəti dayandırmaq təklifində məqsədinin Qəzza zolağının cənubunda yerləşən Rəfah bölgəsinə qarşı quru hərbi əməliyyatların həyata keçirilməsi üçün şərait hazırlamaq imkanı əldə etmək olduğunu bildirib.

HƏMAS liderlərindən olan Məhəmməd Nəzal deyib: “İşğalçılar əsirlərin mübadiləsi üçün müharibənin müvəqqəti dayandırılmasını təklif edirlər ki, bunun ardınca Rəfahda hərbi əməliyyatları təkmilləşdirsinlər.”

HƏMAS bundan əvvəl Qəzza zolağına qarşı işğalçı müharibənin tam və son dayandırılmasını, sionist rejim ordusunun bu bölgədən tamamilə çıxarılmasını, əsirlərin dəyişdirilməsi ilə bağlı sionist rejimlə hər hansı dolayı razılaşmada bölgənin yenidən qurulmasının qarantiyasının vacibliyini vurğulayıb.